Ronaldo vurduğu ilk qoldan danışdı

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı klubunun heyətində rəsmi oyunda vurduğu ilk qolu şərh edib. SİA xəbər verir ki, Ronaldo bu haqda sosial şəbəkələrdə yazıb: “Səudiyyə Ərəbistanı liqasında ilk qolumu vurduğum üçün çox şadam. Komanda belə çətin matçda vacib heç-heçəyə nail olmaq üçün çox səy göstərdi!”

Qeyd edək ki, hücumçu “Əl-Fateh” klubu ilə qarşılaşmanın (2:2) 90-cı dəqiqəsində fərqlənib. Ronaldo penaltidən dəqiq zərbə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə