Klublararası dünya çempionatı başladı

Yanvarın 1-dən 2-nə keçən gecə futbol üzrə klublararası dünya çempionatı start götürüb. SİA xəbər verir ki, Mərakeşdə təşkil olunan turnirin ilk oyununda Misirin “Əl-Əhli” və Yeni Zelandiyanın “Oklend Siti” komandaları qarşılaşıblar. 1/4 finala vəsiqə uğrunda gedən matç "Əl-Əhli"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Klublararası dünya çempionatının 1/4 final mərhələsində “Əl-Əhli” Amerikanın “Siitl Saunders” klubu ilə qarşılaşacaq. 1/4 final oyunu fevralın 4-də keçiriləcək. Digər 1/4 final görüşündə Mərakeş "Vidad"ı və Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı üz-üzə gələcək. Yarımfinalda 1/4 finalın qalibləri Braziliya “Flamenqo”su və İspaniya “Real”ı ilə ilə qarşılaşacaqlar.

Klublararası dünya çempionatı. 1-ci tur

1 fevral

"Əl-Əhli" – "Oklend Siti" - 3:0
Qollar: Əl-Şahat, 45+2. Şerif, 56. Tau, 86.

Bütün xəbərlər Facebook səhifəmizdə