“Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA xəbər verir ki, Madrid təmsilçisi “Tottenhem”in müdafiəçisi Mett Dohertini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İrlandiyalı futbolçu mövsümün sonuna kimi icarə əsasında "Atletiko"da çıxış edəcək.

Qeyd edək ki, Mett Doherti "Tottenhem"ə 2020-ci ilin yayında "Vulverhempton"dan transfer olunub. 31 yaşlı futbolçu bu mövsüm 16 matçda 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə