Türkiyə Superliqasında 22-ci tura start verilib. SİA xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

“Alanyaspor” evdə “Sivasspor”a 0:3 hesabı ilə uduzub. "Beşiktaş" isə “Fatih Karagümrük”la heç-heçə edib - 1:1. Bununla da "Beşiktaş"ın ölkə çempionatına 5 oyunluq qələbə seriyasına son qoyulub.

Qeyd edək ki, turnir cədvəlinə 48 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 44 xalla 2-ci, "Başakşehir" 30 xalla 2-cü, "Beşiktaş" 30 xalla 4-cü, "Adana Demirspor" 37 xalla 5-cidir.

31 yanvar

"Alanyaspor" – "Sivasspor"- 0:3
Qol: Yatabare, 32, 45+2, Qradel, 50.

"Fatih Karagümrük" – "Beşiktaş" - 1:1
Qol: Tosun, 33 (0:1), Ozdoyev, 49 (1:1)

Bütün xəbərlər Facebook səhifəmizdə