"Qalatasaray" qalib gəldi, "Trabzonspor" uduzdu

Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

SİA Qol.az-a istinadən xəbər verir ki, 2-ci oyun günündə 5 matç keçirilib. Lider "Qalatasaray" bu turda səfərdə "Giresunspor"un qonağı olub. Görüş İstanbul klubunun inamlı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" (20 oyun) 48 xalla liderdir. "Fənərbaxça" 41 xalla 2-ci (19 oyun), "Beşiktaş" (19 oyun) isə 38 xalla 3-cüdür.

Türkiyə Super Liqası, 21-ci tur
28 yanvar

"Sivasspor" - "Adana Demirspor" - 1:2
Qollar:
İ.Kofi, 63 - E.Akbaba, 41, B.David, 56

"Ankaragücü" - "Qaziantep" - 0:2
Qollar:
P.Dilobodji, 47, J.Fiqueredo, 90+7

"Hatayspor" - "Trabzonspor" - 2:1
Qollar:
A.El Kaabi, 47, B.Yıldırım, 50 - E.Bardi, 9

"Antalyaspor" - "Ümraniyespor" - 3:2
Qollar:
S.Larsson, 38, G.Vural, 48, Fredi, 90+3 - U.Nayır, 33, O.Ayik, 56

"Giresunspor" - "Qalatasaray" - 0:4
Qollar:
D.Mertens, 45+3, L.Dubois, 60, M.Raşiça, 88, Y.Akgün, 90+5

Bütün xəbərlər Facebook səhifəmizdə