Baş məşqçi istefaya göndərildi

“Qaziantep” (Türkiyə) baş məşqçisi Erol Bulutu istefaya göndərib. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə yollar komandanın Superliqanın cari mövsümündəki uğursuz çıxışlarına görə ayrılıb. “Qaziantep” son 9 matçında qələbə qazana bilməyib. Komanda bu mövsüm keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və turnir cədvəlində 13-cüdür.

Qeyd edək ki, Erol Bulut 2021-ci ilin mayından “Qaziantep”i çalışdırırdı. Komanda onun baş məşqçiliyi altında ümumilikdə 65 matçda 21 qələbə qazanıb, 19 heç-heçə edib və 25 dəfə məğlub olub. Bulut karyerası ərzində "Malatyaspor" (2017-2019), "Alanyaspor" (2019-2020), "Fənərbaxça" (2020-2021) kimi komandalara baş məşqçilik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə