Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIX tura yekun vurulacaq. SİA-nın məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 13 xalla 8-ci, "dənizçilər" 10 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 21 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 21:21.

Turun son matçında "Sabah" "Neftçi" ilə qarşılaşacaq. Meydan sahibləri 43 xalla ikinci, "ağ-qaralar" 38 xalla üçüncü sıradadır. Tərəflər bu vaxtadək ölkə çempionatlarında 17 dəfə görüşüblər. Bunların 12-də "Neftçi", 3-də "Sabah" meydanı 3 xalla tərk edibr. Topların nisbətində qonaqlar aşkar üstündür - 31:13.

Azərbaycan Premyer Liqası

XIX tur

26 yanvar (cümə axşamı)

14:00. "Şamaxı" - "Səbail"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu.

19:00. "Sabah" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena".

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, "Qarabağ" səfərdə "Turan Tovuz"a 3:2, "Zirə" isə evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə