Bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcək

Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, bu il ölkəmizdə keçiriləcək üçüncü beynəlxalq gimnastika yarışında qeydiyyat siyahısına əsasən, fərdi və qrup hərəkətləri proqramında 44 ölkənin idmançıları çıxış edəcək.

Üç gün ərzində gimnastlar fərdi yarışlarda və çoxnövçülükdə mübarizə aparacaqlar.

Ənənəyə görə, yarışda göstərdikləri performansa görə ən çox xal toplamış gimnast və qrup komandası AGF kuboku ilə təltif olunacaq.

Qeyd edək ki, bu, bədii gimnastika üzrə ölkəmizdə təşkil olunan onuncu Dünya Kuboku yarışı olacaq. Bakı 2005 və 2019-cu illərdə bu idman növü üzrə dünya çempionatına ev sahibliyi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə