“Real Madrid” və “Barselona” “El Clasico” brendi yaratmaq istəyirlər. Klublar brendi müxtəlif ölkələrdə qeydiyyatdan keçirməyi və bununla da əlavə iqtisadi fayda əldə etməyi planlaşdırırlar.
Lakin SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, La Liqa bu ticarət nişanının qeydiyyata alınmasına qarşıdır.
“Hər iki klubun etdiyi şey İspaniya, Avropa Birliyi, Braziliya, Meksika və Sinqapur kimi bir sıra ərazilərdə “El Clasico” ticarət nişanının qeydiyyata alınmasını tələb etmək idi, lakin buna icazə verilmədi”.
Qeyd edək ki, bu La Liqa rəhbərliyi tərəfindən səsləndirilib.
“El Clasico” ticarət nişanını "beynəlxalq səviyyədə geniş şəkildə qorunur" və hər iki klubun sözügedən ticarət nişanını öz adlarına qeydiyyatdan keçirməyə çalışdıqları proses araşdırılır. Bunu da La Liga rəhbərliyi əlavə edib.
Xatırladaq ki, “El Clasico” və ya sadəcə olaraq “Clasico”, “Real Madrid” və “Barselona” matçlarına verilən addır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB