"Arsenal" müdafiə xəttini gücləndirib. SİA London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın "Spezia" klubundan Yakub Kivor heyətə cəlb edilib.
22 yaşlı müdafiəçinin keçidinin detalları açıqlanmayıb.
Polşa millisinin üzvü bu mövsüm A seriyasında 17 oyuna çıxıb. Onunla Avropanın bir neçə böyük klubu da maraqlanırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB