“Barselona”dan Alonsoya yeni müqavilə təklifi

“Barselona”dan Alonsoya yeni müqavilə təklifi

Bu arada “Barselona” müdafiəçisi Markos Alonsonun müqaviləsini uzatmaq istəyir. Kataloniya klubu artıq futbolçuya müvafiq təklif də edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Çelsi”dən ayrılıb “Barselona”ya pulsuz gələn Alonsonun “Barselona” ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə