Memfis Depayı Madrid "Atletiko"suna satan "Barselona" onun yerinə iki hücumçu almağı planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, La Liqa klubu bu forvardları Türkiyə Super Liqasında tapıb. Belə ki, Kataloniya təmsilçisi, "Fənərbağça"dan Enner Valensiya, "Qalatasaray"dan isə Dris Mertensi sıralarına qatmaq istəyir.
"Barselona" rəhbərliyi qısa zamanda tərəflərlə danışıqlara başlayacaq.
Qeyd edək ki, Mertens ötən ildən "Qalatasaray"da, Valensiya isə 2020-ci ildən "Fənərbağça"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB