Azərbaycan çempionatının oyunu növbəti dəfə təxirə salınıb

Azərbaycan çempionatının oyunu növbəti dəfə təxirə salınıb

Kişi voleybolçular arasında Yüksək Liqanın II turundan təxirə salınmış "Neftçi" - "Xarı bülbül" oyunu növbəti dəfə ertələnib. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

Bildirilib ki, "Xarı bülbül" klubunun rəhbərliyi komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar görüşün təxirə salınmasını xahiş edib.

Qarşılaşma yanvarın 22-də saat 18:00-da başlamalı idi. Matç daha əvvəl "Neftçi"nin voleybolçuları xəstələndiyi üçün gerçəkləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə