"Atletiko" "Barselona"nın futbolçusu Memfis Depayı transfer edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Matrasçılar" niderlandlı hücumçu ilə 2,5 illik müqavilə imzalayıb.
"Atletiko" 28 yaşlı hücumçu üçün Kataloniya təmsilçisinə 3 və ya 4 milyon avro təzminat ödəyəcək. Bu barədə Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Depay cari mövsüm La Liqada 2 oyunda 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB