"Neftçi"nin yeni transferi "İnstaqram" səhifəsində paylaşım edib

"Neftçi"nin yeni transferi "İnstaqram" səhifəsində paylaşım edib

"Neftçi"nin yeni transferi Kilan Lebon keçidi ilə bağlı özünün "İnstaqram" səhifəsində paylaşım edib. SİA xəbər verir ki, o yazıb: "Artıq buradayam. Bu komandaya qoşulmaq çox gözəl hissdir. Azarkeşlərə təşəkkür edirəm. Bütün mesajlarınızı və şərhlərinizi görürəm. Ümid edirəm ki, bunun qarşılığını meydanda verəcəyəm. Birlikdə görəcəyimiz bəzi işlər var".

Qeyd edək ki, K. Lebon "Neftçi" ilə 1,5+1 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə