Kamerun yığması qələbə ilə başladı

Kamerun yığması qələbə ilə başladı

Afrika Millətlər Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir. SİA xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş turnirdə bu gün daha 2 qarşılaşma olub.

Altı qolun qeydə alındığı Mali və Anqola yığmalarının oyununda qalib müəyyənləşməyib. Kamerun millisi isə Konqo yığmasını bir qolla məğlub edib.

Afrika Millətlər Kuboku

D qrupu

Mali – Anqola 3:3
Qollar: Sinayoko, 23. Diabi, 78. Kulibali, 83 – Dilson, 12; 26. Jilberto, 72.

E qrupu

Kamerun – Konqo 1:0
Qol: Mbekeli, 63.

Bütün xəbərlər Facebook səhifəmizdə