"Qalatasaray"da yeni müqavilə

"Qalatasaray" futbolçusu Emin Bayramla yeni müqavilə imzalayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 19 yaşlı müdafiiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsi 2025-ci ilin yayınadək idi.

Qeyd edək ki, Emin Bayram İstanbul təmsilçisinin yetirməsidir. O, bu mövsüm “Qalatasaray”ın əsas komandasında 9 oyunda meydana çıxıb. Bayram əvvəlki mövsümlərdə “Boluspor”da icarə əsasında oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə