Həndbol üzrə millimiz Kipr yığmasına məğlub olub

Həndbol üzrə millimiz Kipr yığmasına məğlub olub

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün sonuncu oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, baş məşqçi Nasser Salimin komandası üçüncü görüşündə Kipr millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən matçda rəqib komanda 32:23 hesablı qələbə qazanıb.

Digər oyunda isə Malta Böyük Britaniya seçməsinə 14:44 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Böyük Britaniya seçməsinə 22:39 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə