Böyük Britaniya millisindən Bakıda böyükhesablı qələbə

Böyük Britaniya millisindən Bakıda böyükhesablı qələbə

Kişi həndbolçulardan ibarət Böyük Britaniya millisi Bakıda növbəti qələbəsini qazanıb. SİA xəbər verir ki, komanda 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirində Malta millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan matçda Böyük Britaniya millisi rəqibini 44:14 hesabı ilə məğlub edib.

Qeyd edək ki, britaniyalılar ilk oyunda Kipr seçməsi ilə heç-heçə ediblər - 25:25. İkinci turda komanda Azərbaycan millisini 39:22 hesabı ilə məğlub edib.

Təsnifat turnirinə saat 15:00-da start götürəcək Azərbaycan–Kipr oyunu ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə