"Beşiktaş" və "Trabzonspor"dan qələbə

"Beşiktaş" və "Trabzonspor"dan qələbə

Türkiyə Superliqasında 18-ci turun oyunları davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.

"Beşiktaş" səfərdə son dəqiqələrdə vurduğu qollarla "Konyaspor"dan üstün olub. "Trabzonspor" evdə "Başakşehir"ə minimal hesabla qalib gəlib. "Adana Demirspor" "Ankaragücü"nü məğlub edib. "Antalyaspor" - "Giresunspor" matçında isə heç-heçə qeydə aınıb.

Qeyd edək ki, turnir cədvəlinə 42 xalla "Qalatasaray" liderlik edir. "Başakşehir" 34 xalla 3-cü, "Adana Demirspor" 33 xalla 4-cü, "Beşiktaş" 32 xall 5-ci, eyni xalı olan "Trabzonspor" 6-cı, "Konyaspor" 27 xalla 7-ci, "Giresunspor" 20 xalla 11-ci, "Ankaragücü" 19 xalla 13-cü, "Antalyaspor" isə 18 xalla 14-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə