"Qalatasaray" "Çelsi"nin oyunçusunu alır

"Qalatasaray" "Çelsi"nin oyunçusunu alır

"Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbul təmsilçisinin hədəfində olan oyunçu "Çelsi"yə məxsus olan David Datro Fofanadır. "Sarı-qırmızılılar" Fil Dişi Sahilindən olan forvardı 1,5 illik icarəyə götürmək üçün London klubuna təklif göndərib.

Qeyd edək ki, "Çelsi" David Datro Fofananı bir neçə gün öncə Norveçin "Molde" klubundan transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə