“Belə anlarda həm oyunçu, həm kişi, həm də ata kimi böyüyürsən” - Ronaldu
Kriştianu Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı hücumçu 2016-cı ildə əldə etdikləri Avropa çempionluğunun daha dəyərli olduğunu söyləyib.
Onun sözlərinə görə, ölkəsi üçün nəsə qazanmaq çox yaxşı hisdir: "Belə anlarda həm oyunçu, həm kişi, həm də ata kimi böyüyürsən".
Xatırladaq ki, Portuqaliya millisi AVRO-2016-nın finalında Fransa yığmasını 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb. Ronaldu zədə səbəbindən həlledici matçda sonadək oynaya bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB