O dünyanın ən yaxşı qapıçılarının adlarını açıqladı

O dünyanın ən yaxşı qapıçılarının adlarını açıqladı

“Real Madrid"in və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas dünyanın ən yaxşı qapıçılarının adlarını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İ.Kasilyas ən yaxşı qapıçılar mövzusunda öz fikrini "Barca Universal" kanalı üçün bildirib.

İspaniyalının reytinq cədvəlində birinci yeri “Real”ın belçikalı qapıçısı Tibo Kurtua tutur. Sonrakı yerdə "Barselona"nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegendir. İlk üçlüyü “Mançester Siti”dən braziliyalı Ederson Moraes qapayır.

Bütün xəbərlər Facebook səhifəmizdə