Bu gün, yanvarın 12-də İspaniya Superkubokunun yarımfinal matçı keçiriləcək və "Real Betis" "Barselona" ilə qarşılaşacaq. Görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd stadionunda keçiriləcək. Matçın baş hakimi Karlos Del Cerro Qrandenin start fiti Moskva vaxtı ilə saat 22:00-da səslənəcək.
Heyətlər:
Betis: Bravo - Filipe, Pesselha, Miranda - Fekir, L. Enrike, R. Sançes, Ruibal, Kanales, Q. Rodriqes - İqlesias.
Barselona: Ter Ştegen - Araujo, Alba, S. Roberto, Kunde - Pedri, Qavi, F. de Yonq - Dembele, Levandovski, Rafinya.
Qeyd edək ki, bu görüşün qalibi finalda “Real Madrid”lə qarşılaşacaq. Onu da xatırladaq ki, madridlilər bu gün yarımfinal matçında “Valensiya”nı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxtın, sonra isə əlavə vaxtın nəticələrinə əsasən, hesab 1:1 olub. “Real Madrid”dən Kərim Benzema, “Valensiya”da isə Samuel Lino qol vurub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB