“Milan” İtaliya Kuboku ilə erkən vidalaşıb

“Milan” İtaliya Kuboku ilə erkən vidalaşıb

Bu gün futbol üzrə İtaliya Kubokunun səkkizdəbir final mərhələsinin bir oyunu keçirilib. SİA xəbər verir ki, “Milan” öz meydanında “Torino” ilə qarşılaşıb.

Matçın ilk hissəsində hesab açılmayıb. Oyunun 70-ci dəqiqəsində “Torino”nun futbolçusu Cici qırmızı vərəqə alaraq meydandan qovulub.

Lakin “Rossonyerlər” say üstünlüyündən yararlana bilməyiblər. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxtın ikinci hissəsində - 114-cü dəqiqədə “Torino”nun futbolçusu Adopo hesabı açıb. Oyunda başqa qol olmayıb və beləliklə, “Milan” İtaliya Kuboku ilə erkən vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə