“Real” futbol üzrə İspaniya Superkuboku uğrunda yarımfinal matçının qalibi olub. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərindəki “King Fahd International Stadium”da baş tutan qarşılaşmada komanda “Valensiya” klubu ilə gücünü sınayıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Real”ın heyətində 11 metrlik cərimə zərbəsindən Kərim Benzema (39-cu dəqiqə), “Valensiya”nın heyətində isə Samuel Lino (46) fərqləniblər.
Matçın əsas hissəsi heç-heçə başa çatdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Amma əlavə vaxtda da qapılara qol vurulmayıb və qalibi müəyyən etmək üçün penaltilər yerinə yetirilib. Burada daha dəqiq olan “Real” İspaniya Superkubokunun finalına çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB