"Fənərbağça"dan yeni transfer

"Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbul təmsilçisi "Adana Demirspor"dan Samet Akaydını transfer edib.

"Fənərbağça" 28 yaşlı mərkəz müdafiəçisi ilə 3,5+1 illik müqavilə imzalayıb. "Kanarya" bu keçid üçün "Adana Demirspor"a 3,7 milyon avro təzminat ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə