Maurisio Poçettino "Çelsi"ni çalışdırmağa hazırdır

Maurisio Poçettino "Çelsi"ni çalışdırmağa hazırdır

“Tottenhem”də adını hallandıran, PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino Londona qayıtmağa hazırdır. Deyilənlərə görə, əgər “Çelsi” ona təklif etsə, 50 yaşlı argentinalı mütəxəssis komandaya rəhbərlik etməyə razı olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Sun” yayıb.

Xatırladaq ki, hazırda “Çelsi”nin sükanı arxasında Qrem Potterdir, lakin onun rəhbərliyi altında komanda 17 matçda 25 xal toplayaraq Premyer Liqada cəmi 10-cu yerdə qərar tuta bilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə