Stiven Cerrard Polşa millisinə rəhbərlik edə bilər

Stiven Cerrard Polşa millisinə rəhbərlik edə bilər

İngiltərə millisinin və “Liverpul”un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard Polşa millisinin baş məşqçisi olmağa hazırlaşır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Scottish Sun” xəbər verir.

Qeyd olunur ki, “Aston Villa”nın sabiq baş məşqçisi artıq Polşa Futbol İttifaqı ilə danışıqlara başlayıb. Lakin onun İngiltərə klubu ilə anlaşması maneəyə çevrilə bilər. Hazırda Cerrard işdən çıxarıldıqdan sonra ildə 5 milyon funt-sterlinq təzminat almaqda davam edir.

Maraqlıdır ki, Polşada ona eyni məbləğ ödəniləcəkmi?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə