İngiltərə Liqa Kubokunda (EFL Cup) 1/4 final mərhələsinə start verilib. SİA xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
“Mançester Yunayted” öz meydanında “Çarlton”a şans verməyib – 3:0.
Antoninin bir, Reşfordun isə iki qolu “qırmızı şeytanlar”ı növbəti mərhələyə çıxarıb.
Digər matçda isə “Nyukasl” “Lester”dən üstün olub – 2:0.
Börn və Joelinton qələbəni gətirən qolların müəllifləri olublar.
Qeyd edək ki, mərhələnin digər iki matçında “Nottingem Forest” “Vulverhempton”la, “Sauthempton” isə “Mançester Siti” ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB