"Atletiko" "Barselona"nın hücumçusu Memfis Depayla maraqlanır. SİA jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, klublar arasında danışıqlar bu həftə reallaşacaq. Madrid təmsilçisi Depayı yaxın vaxtlarda icarə əsasında "Çelsi"yə keçəcəyi gözlənilən hücumçu Joao Feliksin yerinə namizədlərdən biri kimi nəzərdən keçirir.
28 yaşlı hücumçu bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 4 oyuna çıxıb və 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB