“Neftçi” ilk oyunda qələbə qazana bilmədi

“Neftçi” ilk oyunda qələbə qazana bilmədi

Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu ilk yoxlama oyununu keçirib. SİA xəbər verir ki, Bakı təmsilçisi Macarıstanın "Vaşaş" klubu ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Neftçi”nin heyətində Kenni Sayef fərqlənib.

Qeyd edək ki, “Neftçi” Antalyada daha 3 yoxlama matçında gücünü sınayacaq. Komanda yanvarın 15-də Polşanın “Medz Leqnitsa” və Serbiyanın “Baçka Topola”, dörd gün sonra isə “Srvena Zvezda” (Serbiya) klubu ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə