"Marsel" heyətini yeni futbolçu ilə gücləndirib.
SİA Qol.az-a istinadən xəbər verir ki, Fransa klubu "Atalanta"dan Ruslan Malinovskini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı yarımmüdafiəçi mövsümün sonuna qədər "Marsel"də çıxış edəcək.
Qeyd edək ki, Malinovski bu mövsüm "Atalanta" ilə 15 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB