“Strasburq” klubu baş məşqçini istefaya göndərib

“Strasburq” klubu baş məşqçini istefaya göndərib

Fransanın “Strasburq” futbol klubu baş məşqçisi Jülyen Stefanı istefaya göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qırx üç yaşlı mütəxəssis Fransa kuboku yarışının 1/32 final mərhələsində “Anje”yə məğlubiyyətdən (0:0, penaltilərlə 4:5) sonra postundan ayrılmaq məcburiyyətində qalıb.

“Strasburq” rəsmi matçlarda sonuncu dəfə 3 ay əvvəl qələbə sevinci yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə