Bunu Yaxın Şərq klubunun baş məşqçisi Rudi Qarsiya deyib.
Görüş PSJ-nin Qətər və Səudiyyə Ərəbistanı turu çərçivəsində baş tutacaq.
SİA-nın əldə etdiyi məlumata görə, yanvarın 19-da PSJ-nin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” komandalarının ən yaxşı oyunçularından ibarət komandasına qarşı oynaması planlaşdırılır.
Qarsiyaya görə, bu 37 yaşlı Ronaldonun “Əl Nəsr”lə rəsmi debütü olmayacaq. Ronaldonun yeni klubunda rəsmi debütü Səudiyyə Ərəbistanı çempionatında yanvarın 22-də “Ettifak”a qarşı keçiriləcək oyunda gözlənilir.
Xatırladaq ki, Ronaldo Səudiyyə klubu ilə 2022-ci ilin dekabr ayının sonunda müqavilə imzalayıb. Bundan əvvəl Ronaldo İngiltərə “Mançester Yunayted” ilə müqaviləyə xitam verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB