İranlı futbolçu 26 il müddətinə azadlıqdan məhrum edildi

İranlı futbolçu 26 il müddətinə azadlıqdan məhrum edildi

İranlı futbolçu Əmir Rza Nəsr Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib. SİA xəbər verir ki, 26 yaşlı idmançı İsfahanda payız etirazları zamanı 3 polis əməkdaşının öldürülməsində iştirak etməkdə, həmçinin ictimai təhlükəsizliyi pozmaq və qeyri-qanuni təşkilata üzv olmaqda təqsirli bilinib.

Eyni zamanda, o, cinayətlərdən birinə görə maksimum müddətdə - 16 il həbsdə qalacaq, çünki İran qanunlarına görə, o, bütün cinayətlərə görə cəzanı eyni vaxtda çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə