Braziliyanın "Koritiba" klubu Kadinin transferindən pul qazanacaq

Braziliyanın "Koritiba" klubu Kadinin transferindən pul qazanacaq

Braziliyanın "Koritiba" klubu Kadi Borgesin "Qarabağ"dan "Krasnodar"a transferindən pul qazanacaq. SİA Braziliyanın UOL portalına istinadən xəbər verir ki, FİFA-nın həmrəylik mexanizminə əsasən, 12 yaşdan 23 yaşadək futbolçunun yetişdirilməsinə cavabdeh olan klub futbolçunun bir sonrakı transferindən ümumi məbləğin 5 faizinə qədərini almalıdır. Braziliyalı futbolçunun keçidi üçün “Qarabağ”a 4 milyon 800 min avro ödəniləcək. Bu məbləğin 5 faizi - təqribən 240 min avro "Koritiba"ya çatacaq.

Qeyd edək ki, K.Borges "Krasnodar"la 2026-cı ilin iyununa kimi müqavilə imzalayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə