"Real" futbolçusu Eden Hazard ilə bağlı qərarını verib.
SİA-nın əldə etdiyi məlumata görə, Madrid təmsilçisi belçikalı yarımmüdafiəçini qış transfer pəncərəsində satmaq istəyir. Bu barədə "The Atletic" məlumat yayıb.
Xəbərə görə "Kral" klubu bu addımı atsa da, futbolçunun başqa komandaya transferinin baş tutacağı real görünmür.
Bildirilir ki, baş məşqçi Karlo Ançelotti və klub rəhbərliyi Hazardın çıxışından razı deyil. 32 yaşlı futbolçu ardıcıl 4-cü dəfədir ki, transferə çıxarılır.
Qeyd edək ki, 2019-cu ilin yayında 115 milyon avro qarşılığında "Çelsi"dən "Real"a keçən Hazard bu müddət ərzində daha çox zədələnməsi ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB