“Zirvə Astara” “Olimpik Şəki”ni məğlub edb

“Zirvə Astara” “Olimpik Şəki”ni məğlub edb

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tura yekun vurulub. Azərbaycan Basketbol Federasiyasından SİA-ya bildiriblər ki, turun sonuncu matçı Astara Olimpiya İdman Kompleksində keçirilib.

“Zirvə Astara” komandası doğma meydanda “Olimpik Şəki” basketbolçularını qəbul edib.

Oyun meydan sahiblərinin 85:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçuları “Zirvə Astara”dan Ruşard Kruikşenk (30 xal, 9 ribaund), “Olimpik Şəki”dan isə Ceyson Brauer (23 xal, 6 ribaund) olublar.

Qeyd edək ki, ABL-də 13-cü turun oyunları yanvarın 11-də və 14-15-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə