"Səbail" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matına çıxıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Polşa "Legiya"sı (Varşava) ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. "Səbail"in qollarını Qustavo (4) və Mirabdulla Abbasov (81-pen.) vurub.
Bu, komandaya yeni baş məşqçi təyin edilən Şahin Diniyev üçün qeyri-rəsmi də olsa, debüt matçı olub.
Qeyd edək ki, "Səbail" hazırlıq prosesi zamanı daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB