Norveç Hokkey üzrə Dünya Kubokuna ev sahibliyi etmək təklifini geri götürüb

Norveç Hokkey üzrə Dünya Kubokuna ev sahibliyi etmək təklifini geri götürüb

Norveç Hokkey Federasiyası (NIHF) Mədəniyyət və Bərabərlik Nazirliyinin maliyyələşdirmədən imtina etməsindən sonra 2027-ci il Dünya Çempionatına ev sahibliyi etmək təklifini geri götürüb.

SİA xəbər verir ki, bu barədə Beynəlxalq Hokkey Federasiyası (IIHF) bildirib.

Turnirin Berum və Trondheim şəhərlərində təşkili planlaşdırılırdı.

NIHF-nin rəhbəri Tage Pettersen təşkilatın “ilkin dialoq olmadan imtinadan məyus olduğunu” söyləyib.

“Buzda hokkey üzrə dünya çempionatı 1994-cü il Olimpiadasından sonra ən böyük qış idman tədbiri olacaq və Norveç idmanı üçün böyük əhəmiyyət kəsb edəcək”, - Pettersen əlavə edib.

Norveçlilər sonuncu dəfə 1999-cu ildə dünya çempionatına ev sahibliyi etmişdilər. Qeyd olunub ki, NIHF 2028-ci il dünya çempionatı üçün mübarizə aparmağa çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə