“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının La Liqa matçında “Vilyarreal”a məğlubiyyətindən (1:2) danışıb.
Qeyd edək ki, matçdakı bütün qollar fasilədən sonra vuruldu. Belə ki, “sarı sualtı qayıq”da Ceremi Pino və Gerard Moreno qol vurdu, Kərim Benzema isə “qaymaqlılar”ın yeganə qolunu öz hesabına yazdı.
“Vilyarreal” layiqli qələbə qazandı - rəqib həqiqətən bizdən üstün idi, - SİA xarici qaynaqlara istinadən xəbər verir ki,
Bunu Ançelotti oyunsonrası mətbuat konfransında deyib. - Matç bərabərliyə yaxın idi, lakin zəif müdafiə olunduq, boşluq buraxdıq və “Vilyarreal” bizim səhvlərimizdən yararlanmağı bacardı”, - deyə italiyalı mütəxəssis bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB