“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 16-cı turunda komanda ilə oyun ərəfəsində “Barselona” haqda danışıb.
“Barselona” çox yaxşı oynayır. Xavinin aydın fikirləri var, ona görə də turnir cədvəlinə başçılıq edirlər. Dembele, Rafinia, Ansu Fati, Depay... “Barselona”nın hücumda istifadə etmək istədiyi oyunçulardan hər hansı biri bizim üçün böyük təhlükə yarada bilər”.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Simeonedən BarcaUniversal Twitter-də sitat gətirir.
Xatırladaq ki, "Atletiko" - "Barselona" görüşü sabah, yanvarın 8-də baş tutacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB