Neymar üçün 100 milyon avro

İngiltərənin “Nyukasl” klubu yeni transferə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, "sağsağanlar" Neymar üçün 100 milyon avro ödəməyə hazırdır. Belə ki, “Nyukasl” transfer üçün artıq həmlə edib. Klubun sahibi olan Səudiyyə Ərəbistanının dövlət investisiya fondu bu transferlə “Nyukasl”ın nüfuzunu artırmaq istəyir.

Məlumatlara görə, PSJ klubu da bu təklifə müsbət yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə