Tomas Tuçel “Barselona”ya baş məşqçi gəlir?

Tomas Tuçel “Barselona”ya baş məşqçi gəlir?

“Barselona” prezidenti Joan Laporta öz açıqlamalarında mütəmadi olaraq Xavini dəstəkləyir. Bununla belə, Kataloniya klubu komandanın cari mövsümdə zəif çıxış edəcəyi təqdirdə baş məşqçini dəyişməyi düşünə bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Calciomercatoweb” bildirib.

Mənbənin məlumatına görə, “Barselona” Xavinin davamçısı kimi tanınmış alman məşqçi Tomas Tuçeli nəzərdən keçirir. Payızın əvvəlində bu mütəxəssis “Çelsi”dən qovulduqdan sonra işsiz qalıb.

Xatırladaq ki, hazırda İspaniya çempionatının turnir cədvəlində “Barselona” “Real Madrid”lə liderliyi bölüşür.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə