Rio-de-Janeyroda küçəyə Pelenin adı verilib

Rio-de-Janeyroda küçəyə Pelenin adı verilib

Rio-de-Janeyroda "Marakana" stadionunun yaxınlığındakı küçəyə Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin adı verilib. SİA-nın məlumatına görə, bu barədə şəhər meri Eduardo Paes şəxsi tviter hesabında paylaşım edib. "İndi rəsmidir! Kral Pele prospekti!", - o yazıb.

Lövhədə həmçinin bu sözlər qeyd olunub: "Edson Arantes do Nasimento (Pele) əsrin idmançısı, bütün zamanların ən böyük futbolçusudur. O, dünyanın gözündə Braziliya ilə sinonimdir".

Qeyd edək ki, Pele uzun sürən xəstəlikdən sonra 2022-ci il dekabrın 29-da 83 yaşında vəfat edib. Son illər o, xərçəng xəstəliyindən müalicə olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə