“Kəpəz” klubu qış istirahətini başa vurub

“Kəpəz” klubu qış istirahətini başa vurub

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni təmsil edən “Kəpəz” Peşəkar Futbol Klubu mövsümün ikinci yarısı üçün məşqlərə start verib. Bu haqda SİA-nın bölgə müxbirinə klubdan məlumat verilib.

Bildirilib ki, yanvarın 5-dək məşqlər Gəncədə olacaq, yanvarın 7-dən isə əsas komanda təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə