Basketbol üzrə Avroliqanın rəhbərliyi Serbiyanın “Srvena Zvezda” klubuna maliyyə fair-play qaydalarını pozduğuna görə sanksiya tətbiq edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avroliqanın rəsmi saytı məlumat yayıb.
Fevralın 28-dək komandaya yeni oyunçu və məşqçiləri qeydiyyata almaq qadağan edilib. Bundan əlavə, “Srvena Zvezda” 25 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, Serbiya klubu Avroliqanın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB