Marakana stadionu yaxınlığındakı küçələrdən birinə Pelenin adı veriləcək

Marakana stadionu yaxınlığındakı küçələrdən birinə Pelenin adı veriləcək

Rio-de-Janeyrodakı Marakana stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı şəhər meri Eduardo Paes öz “Twitter” səhifəsində məlumat verib.

“Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq. Fərman sabah dərc olunacaq”, - Paez yazıb.

Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı dünya çempionatında üç dəfə (1958, 1962, 1970) qalib gələn yeganə oyunçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə