İngiltərə Premyer Liqasında 19-cu turun oyunları davam edir. SİA xəbər verir ki, lider “Arsenal” bu mövsümü gözlənildiyindən daha yaxşı keçirən və hazırda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Nyukasl”ı qəbul edib. “Emireyts”dəki qarşılaşmada tamaşaçılar qola həsrət qalıblar - 0:0.
Turun digər oyunlarında “Brayton” səfərdə “Everton”un qapısına 4 qol vurub – 1:4. “Lester” isə öz meydanında “Fulhem”ə uduzub – 0:1.
Xatırladaq ki, turun açılış matçında “Liverpul” “Brentford”a məğlub olub (1:3). Tura cümə axşamı “Çelsi” - “Mançester Siti” oyunu ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB